Sarıyerin Kilyos bölgəsindəki evində tək yaşayan və iki gündür xəbər alınmayan 37 yaşlı “MasterChef 2021” qalibi Eren Kaşıkçı ölü tapılıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna aparılıb. Otopsiyadan sonra mərhumun nəşi ailəsinə təhvil verilib və dəfn mərasimi keçirilib.
Mərasimdə iştirak edən Acun Ilıcalı bildirib ki, Eren Kaşıkçının azyaşlı qızının xərclərini və gələcəyini şəxsən üzərinə götürəcək.

O, mərhumun sakit və mehriban insan olduğunu deyərək, ailəyə dəstək göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

