Türkiyəli aktyor Burak Yörük uzun müddətdir birlikdə olduğu müğənni Tuana Yılmazla ailə qurub.
“Taşacak Bu Deniz” serialında Oruç obrazını canlandıran Burak Yörük və Tuana Yılmazın toyundan ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Cütlük xoşbəxt anlarını izləyiciləri ilə bölüşərək paylaşımına “The Yörüks” qeydini əlavə edib.
Burak Yörük 2024-cü ildə Tuana Yılmaza evlilik təklifi etmişdi. Daha sonra cütlük toy hazırlıqları ilə bağlı açıqlamalarında yay aylarında evlənməyi planlaşdırdıqlarını bildirmişdi.
Beləliklə, uzun müddətdir davam edən münasibət nikahla rəsmiləşib.






Denmedia.az

