“Güldür Güldür Show” proqramında canlandırdığı Naime obrazı ilə geniş auditoriyaya tanınan Ecem Erkek xarici görünüşü ilə bağlı ona yazılan şərhə verdiyi cavabla gündəmə gəlib.
Sosial şəbəkə istifadəçilərindən biri aktrisaya “Burnunu düzəltdirsənə” yazıb. Ecem Erkek isə estetik etdirməsi ilə bağlı bu təklifə uzun açıqlama vermək əvəzinə, zarafatlı və sərt cavab verib.

Aktrisa izləyiciyə:
“Düzəltdirim də sənin kimi hər şeyə burnumu soxum?”
— deyə cavab yazıb. Habertürk-ün məlumatına görə, Erkek bunun ardınca istifadəçiyə “burun həvəskarı” ifadəsi ilə də müraciət edib.
Beləliklə, Ecem Erkek xarici görünüşünə yönələn irada estetiklə bağlı hər hansı izahat vermədən, “burun” sözü üzərindən söz oyunu ilə cavab verib. Onun reaksiyası sosial mediada diqqət çəkib.

