Türkiyəli aktrisa Pınar Altuğ sosial şəbəkədə ondan 500 min TL yardım istəyən izləyicisinin mesajını paylaşaraq verdiyi cavabla gündəmə gəlib.
Sosial mediadan aktiv istifadə edən Altuğ izləyicisindən gələn mesajı paylaşaraq təəccübünü gizlətməyib.
İzləyici aktrisaya “Pınar xanım, mənə kömək edə bilərsiniz? Xahiş edirəm, 500 min TL-yə ehtiyacım var” yazıb.

Altuğ isə buna belə cavab verib:
“Mən də bir neçə milyona yox demərəm, verən varsa… Ya saymağı unutmuşuq, ya da yavaş-yavaş dəli oluruq. Sanki bunun başqa izahı yoxdur.”
Məlum olub ki, aktrisa daha əvvəl də oxşar müraciətlə qarşılaşıb. Keçmişdə başqa bir izləyicisi dələduzluq nəticəsində 450 min TL zərərə düşdüyünü bildirərək bu məbləğin ödənilməsi üçün Pınar Altuğdan kömək istəyib.
Aktrisa həmin vaxt da buna sərt reaksiya verərək “Çətin vəziyyəti əlbəttə anlayıram, amma birindən bu qədər rahat şəkildə belə məbləğ istəmək? Məncə, saymağı bilmir” demişdi.

