Paris Moda Həftəsində podiuma çıxan Serenay Sarıkayanın beynəlxalq miqyasda fəaliyyət göstərən bir markadan milyonluq əməkdaşlıq təklifi aldığı iddia olunur.
“Akşam” qəzetinin məlumatına görə, aktrisa Parisdə olduğu müddətdə qlobal bir markanın diqqətini çəkib və ona əməkdaşlıq təklifi təqdim olunub.
Təklifin dəqiq məbləği və markanın adı hələlik açıqlanmayıb. Sarıkayanın yaxın günlərdə müqavilənin detalları ilə bağlı danışıqlara başlayacağı bildirilir.
Tərəflər razılığa gələrsə, məşhur aktrisanın beynəlxalq reklam kampaniyasının çəkilişləri üçün yenidən Avropaya gedəcəyi gözlənilir.
Serenay Sarıkaya isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.


