Məşhur aktrisa Serenay Sarıkaya bu dəfə rol aldığı layihələrlə deyil, Disneyland səfəri ilə gündəmə gəlib. Əyləncə parkında xoş vaxt keçirən Sarıkayanın görüntüləri maqazin gündəmində diqqət çəkib.
Gərgin iş qrafikindən fürsət tapdıqca səyahət edən Serenay Sarıkayanın son dayanacağı Disneyland olub. Dünyaca məşhur əyləncə parkını gəzən aktrisa rəngarəng atmosferin dadını çıxarıb.

Disneylandın nağılları xatırladan atmosferində vaxt keçirən Sarıkayanın şən və əyləncəli anları diqqətdən yayınmayıb. Məşhur aktrisa parkın müxtəlif hissələrini gəzərkən gündəlik və rahat geyim tərzi ilə də diqqət çəkib.

Karyerası qədər şəxsi həyatı və səyahətləri ilə də yaxından izlənilən Serenay Sarıkayanın Disneyland səfərindən görüntüləri pərəstişkarlarının marağına səbəb olub.


