Həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gələn Serenay Sarıkaya bu dəfə etdiyi vergi ödənişi ilə diqqət çəkib.
Türkiyə mediasının məlumatına görə, gəlir vergisi üzrə könüllü uyğunluq səviyyəsi yüksək olan vergi ödəyiciləri sırasında yer alan aktrisa mart ayında təşəkkür sənədi alıb. Sənəd ona İstanbul Defterdarı Rıza Bilgiç tərəfindən təqdim olunub.
Jurnalist Mehmet Üstündağın iddiasına görə, Sarıkayanın əmlak vergisi ödənişlərində qarışıqlıq yaranıb və eyni ev üçün iki dəfə ödəniş edilib.

Bildirilir ki, ödənişlərdən birini aktrisanın assistenti, digərini isə Serenay Sarıkaya özü həyata keçirib.
İddiaya əsasən, təxminən 30 min lirə artıq ödəniş müəyyən edildikdən sonra bələdiyyə tərəfindən müvafiq prosedur başladılıb və həmin məbləğ aktrisaya geri qaytarılıb.

