“Sen Anlat Karadeniz” serialı ilə məşhurlaşan türkiyəli aktrisa İrem Helvacıoğlu qızı Soranın bir yaşını xüsusi məclislə qeyd edib.
Aktrisa yaxın dostlarının iştirakı ilə 90-cı illər mövzusunda ad günü şənliyi təşkil edib. Məclisdən çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Ural Kasparla təxminən ilyarımlıq evliliyinə bir məhkəmə iclasında son qoyan Helvacıoğlu boşandıqdan sonra qızı ilə paylaşımları ilə gündəmə gəlib. Daha əvvəl Soranın himayəsinin anasına verildiyi və aktrisanın qızına öz soyadını verdiyi bildirilmişdi.

“Sən mənim dünyamın sözlə ifadə olunmayan ən gözəl səmasısan. Səni çox sevirəm. Yaxşı ki, mənim dəli dünyama gəldin”, – deyə İrem qızına ünvanladığı duyğusal paylaşımda yazıb.


