Tanınmış aktrisa Yasemin Kay Allen 37 yaşını yaxın çevrəsinin qatıldığı xüsusi məclislə qeyd edib.
Aktrisanın doğum günü ilə bağlı paylaşımları qısa müddətdə sosial şəbəkələrdə maraq doğurub.
Yanvar ayında ABŞ-ın Las-Veqas şəhərində, ictimaiyyətdə “Amerikalı Aynasız” kimi tanınan keçmiş FTB əməkdaşı Erdal Kaya ilə evlənən Allen məclisdə həyat yoldaşı ilə birlikdə xoşbəxt pozalar verib.
Erdal Kaya da sosial şəbəkə hesabında paylaşım edərək həyat yoldaşının yeni yaşını təbrik edib:

“Doğum günün mübarək! Hamımıza sağlam və hüzurlu uzun illər”, — deyə o yazıb.
Yasemin Kay Allen isə paylaşımında bu sözləri qeyd edib:
“Doğum günüm və Erdal ilə gecikmiş toyum”.
Digər tərəfdən, maqazin kulislərində yayılan iddialara görə, Erdal Kayanın doğum günü münasibətilə Allenə bahalı qolbaq hədiyyə etdiyi irəli sürülüb. Lakin cütlük bu iddia ilə bağlı hər hansı açıqlama və ya paylaşım etməyib.

