Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərir.
Den.az xəbər verir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.
Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər".
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. BAKU.WS-in təqdim etdiyi vakansiyalar üzrə əməkhaqqı 400 manatdan 2800 manatadək dəyişir.
İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2800 AZN maaş

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.