Abşeronda əmək yarmarkası təşkil olunacaq.
Bu barədə "Den.az"-a Abşeron rayon İcra hakimiyyətindən məlumat verilib.
Belə ki, Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının və Ab.eron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 06 dekabr 2023-cü il tarixdə, saat 11:00-dan-13:00-dək Abşeron rayon Mədəniyyət Mərkəzində Əmək Yarmarkası keçiriləcək.
Tədbirdə 17 müəssisədən 80-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulmuşdur.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri. (Abşeron rayon Mədəniyyət Mərkəzi)
Den.az
Abşeronda təşkil olunacaq yarmarkada 17 müəssisə iştirak edəcək-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.