Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ilinin I yarımilinin sonu, II yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş iclaslar keçirilib.
"Den.az" xəbər verir ki, İclaslarda digər məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunmasının mövcud vəziyyəti məsələləri müzakirə edilib.
Ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin təmin edilməsi İdarə rəhbərliyi tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərlərinə bildirilib.
Hər iki rayon üzrə keçirilən iclaslarda Respublika Fənn Olimpiadalarının rayon/şəhər turunun nəticələrinin təhlili ilə bağlı məsələlər müzakirə olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe olan təhsil müəssisələrinin nəticələri geniş şəkildə müzakirə olunaraq, növbəti mərhələdə uğurlu nəticələrin əldə olunması üçün ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsində qarşıda duran vəzifələrə dair iclas keçirilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.