dek
2023
20:21
219

Abşeron rayonunda növbəti əmək yarmarkası keçirilib-VİDEO

6 dek, 2023
20:21
219

Abşeron rayonunda növbəti əmək yarmarkası keçirilib-VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Xırdalan şəhərində təşkil edilib. 

Den.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi və Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə düzənlənən aktiv məşğulluq tədbirində 19 müəssisə iştirak edib və 90-dan artıq vakansiya təqdim edilib.

 
Təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 375 manat, ən yüksək həddi isə 1000 manat təşkil edib. 


Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar