23 
apr
2024
16:11
167

11 AYDIR 25 QƏPİKDƏN BİZƏ QAZ SATIRLAR: Sumqayıtda 4 saylı yataqxana sakinləri şikayətçidir-FOTO

23 apr, 2024
16:11
167

11 AYDIR 25 QƏPİKDƏN BİZƏ QAZ SATIRLAR: Sumqayıtda 4 saylı yataqxana sakinləri şikayətçidir-FOTO

Sumqayıtda 4 saylı yataqxanada yaşayan 28 ailə 6 ildir binaya verilən qaz limitindən şikayətçidir. 
 
 
Den.az xəbər verir ki, Sumqayıt şəhər 4 saylı yataqxanada yaşayan 28 ailə üçün yalnız 1 qaz sayğacı quraşdırılıb. Limit isə ancaq bir ailə üçün nəzərdə tutulub. Sakinlər məcbur qalıb xüsusi qaz balonlarında istifadə edirlər. 
 
15-ci məhəllədə yerləşən yataqxananın sakinləri bildirir ki, Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən illər öncə 28 ailə üçün yalnız 1 smart tipli sayğac quraşdırılıb. 1 ailənin istifadə edə biləcəyi formada limit təqdim edilib. Limit qısa vaxtda bitən kimi, sakinlərin də problemləri yaranır. Onlar da məcbur qalıb, təhlükəli qaz balonlarından istifadə edirlər: “PROBLEMİMİZ QAZ PROBLEMİDİ, YAŞAYIŞIMIZ PİSDİDƏ BİZİM. QAZ GƏLMİR. SƏHƏR VERİRLƏR AXŞAM YOXDU. DÖVLƏT BİZƏ LİMİT VERİBDİ.VURURUQ BURA AMMA QAZ QGÖRMÜRÜK.BİZƏ 200 MANTLIƏQ QAZ GƏLİR. AMMA 60 MANATLIQ VERİRLƏR. TƏK SAYĞACDI. 28 AİLƏDİ 1 SAYĞAC QOYUBLAR.”
 
Sakinlərin sözlərinə görə, bu ilin fevral ayının 2-də ərizə ilə aidiyyatı quruma müraciət ediblər. Ancaq onların şikayətinə hələdə baxan olmayıb: “BİZİ QAZ İDARƏSİ YIĞIB BOĞAZA. YAZILI FORMADA ŞİKAYƏTDƏ ETMİŞİK.DİRKTORUNDA YANINDA OLMUŞAM. MÜAVİNİN DƏ YANINDA OLMUŞAM. BİZƏ 28 AİLƏYƏ 1 LİMİT VERİRLƏR. 11 AY BİZƏ 25 QƏPİKDƏN QAZ SATIRLAR.”
 
Mövcud məsələ ilə bağlı Azəriqaz İB-i ilə əlaqə saxladıq. Adı çəkilən qurumdan Den.az-a bildirildi ki: “MÖVCUD PROBLEMDƏN AZƏRQAZ İSTEHSALAT BİRLİYİ OLARAQ XƏBƏRDARIQ. BUNUNLA BAĞLI KONKRET OLARAQ , ARAŞDIRMA APARILIB VƏ GÜNÜ SABAH PROBLEM ÖZ HƏLLİNİ TAPACAQ”




 
Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar