avq
2023
14:57
924

Sumqayıtda ərini qətlə yetirən qadın hamilə imiş: ŞOK TƏFƏRRÜATLAR

9 avq, 2023
14:57
924

Sumqayıtda ərini qətlə yetirən qadın hamilə imiş: ŞOK TƏFƏRRÜATLAR

Qətlə yetirilən şəxs 2 uşaq atası imiş.

"Den.az" xəbər verir ki, hadisəni törədən Əfsanə Məmmədova da hamilə olub

 Qonşuların iddiasına görə, öldürülən Ağahüseyn İmanov bu yaxınlarda qızın anasına zəng edərək qızınızı gəlin aparın, yola getmirik deyibmiş. Anası isə buna məhəl qoymayıb.
Digər bir iddiaya görə, Ağahüseyn İmanov keçmiş həyat yoldaşı ilə əlaqə saxlayırmış. Tez tez uşaqları ilə maraqlanıb, onların yanına qayıtmaq istəyirmiş.Bundan isə Əfsanə xəbər tutub və evlərində mübahisə düşüb. Qətlədə məhz bu səbəb olar deyə qonşular bildirib.
Qeyd edək ki, Ağahüsyn İmanov əvvəllər ailəli olub, Birinci evlilikdən iki uşaq, 1 qız 1 oğlu olub.

Məlumata görə,Ağahüseyn İmanov üç ay imiş Əfsanə Məmmədova ilə ailə qurubmuş. Həbsdən bir müddət öncə çıxan Hüseynin ailəsində hələ bu günə qədər söz söhbət olmadığı bildirilir. Evin tək uşağı olub. Valideynlərini cavan ikən itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kabaçı kimi işləyirmiş.

Məlumat üçün bildirək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar