Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Den.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində 4-cü məhəllədə iki mərtəbəli fərdi evdə olub.
Hadisə zamanı Qabil Orucov, onun həyat yoldaşı Gülbuta Orucova, övladları Niftalı Orucov, Aysun Orucova və Samirə Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb. İddiaya görə ailə mənzildə İran istehsalı olan və mavi yanacaqla işləyən xüsusi isitmə cihazından istifadə ediblər. Ailədən verilən məlumatda bildirilir ki, hadisə gecə saatlarında baş verib. Evin tək oğlu Niftalı Orucov özünü yaxşı hiss etmədiyini görüb və yatılı vəziyyətdə olan ailəsinə xbər verib. Bütün ailənin vəziyyəti pisləşdiyindən dərhal mənzilə Təcili Tibbi yardım briqadası çağırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə 18.12.2024-cü il tarixində saat 05:00 radələrində 5 nəfər (2 kişi, 3 qadın) naməlum qazların toksiki təsiri diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin müxtəlif müəssisələrinə hospitalizasiya olunub. Təcili Tibbi Yardım Xəstəxanası və Uşaq Xəstəxanasına hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bir ailə dəm qazından buna görə zəhərlənib? HADİSƏ YERİNDƏN VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.