apr
2024
15:54
664

EVİMİ SATIB ONA PUL VERDİM Kİ...: 1 yaş 6 aylıq Zeynəbin babası hadisənin təfərrüatlarını danışdı-VİDEOREPOTAJ

1 apr, 2024
15:54
664

EVİMİ SATIB ONA PUL VERDİM Kİ...: 1 yaş 6 aylıq Zeynəbin babası hadisənin təfərrüatlarını danışdı-VİDEOREPOTAJ

Ahmet Türkiyədən gələndə qızımla telefonda tanış olmuşdu. Qızım birinci nigahdan qüsurlu uşağı olmuşdu deyə əvvəlki ailəsindən ayrılıb bununla ailə qurdu. Mən ona hər cür şərait yaratdım. Şəmkirdə olan evimi satıb pulunu ona verdim ki, özünə iş qursun. Hətta Sumqayıtda bir dönərxana açmasına da şərait yaratdım. 3 il idi,qızımla ailəli idi və bizdə qalırdılar. Son günlər isə qızım dedi ki, ata o yolunu azıb, namazı da atıb. 

Bu sözləri Den.az-a açıqlamasında ötən gün Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində öz atası tərəfindən dənizdə boğularaq öldürülən 1 yaş 6 aylıq  Zeynəb Yeşilin babası Əjdər Abdullayev deyib. 

Onun sözlərinə görə, bu hadisə onu çox pis sarsıdıb. Azyaşlının anası dünən dəli olmaq üzrədir.

Azyaşlının nənəsi Azadə Abdullayeva isə bildirib ki, hadisə baş verən gün Ahmet qızınıda götürüb evdən çıxanda şübhələnib. Çünki, 1 yaş 6 aylıq Zeynəbi yataq paltarında ağlaya-ağlaya qapıdan çıxarıb. Arxasınca ona görə getməyiblər ki, atasıdı, nəsə edəcəkləri heç ağıllarına gəlməyib. Ancaq azyaşlının anası bildirib ki, həyat yoldaşı Yeşil Ahmet Turan son günlər özündə olmayıb. Evə gələndə ancaq ayaqyoluna girib orda özünə qapanıb, heç onlarla bir kəlmə belə danışmırmış. Ailə onun narkotik maddə aludəçisi olduğunu və onun təsiri altında bu hadisəni törətdiyini ehtimal edir. 
Məlumat üçün bildirək ki, Sumqayıtda dəniz sahilində 1 yaş 6 aylıq Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar