Bakıda 49 nömrəli müntəzəm avtobus marşrutunun son dayanacağı müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, dəyişiklik Sabunçu qəsəbəsində aparılan yol təmiri işləri ilə əlaqədardır.
Təmir işləri Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbə qədər olan hissəsində həyata keçirilir.
Təmir müddətində 49 nömrəli marşrutun son dayanacağı Yavər Əliyev küçəsinə köçürülüb.

