Xalqımızın Ümumilli Lideri Heydər Əliyev deyərdi ki, "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki mən bu gün özüm haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
“Den.az” xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Aşağı Güzdək qəsəbə 29 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev irsi yüksək səviyyədə təbliğ edilir.
Sözü gedən uşaq bağçasının müdiri Çimnaz Cəfərovanın sözlərinə görə, rəhbəri olduğu müəssisədə körpə fidanlara, Dahi Lider Heydər Əliyev haqqında biliklər verilir.
Qeyd edək ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı, diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Dahi şəxsiyyət müxtəlif zamanlarda, fərqli tədbirlərdə uşaqlarla görüşür, onlarla maraqlı dialoq qurur, gələcəyimizin onlardan asılı olduğunu dəfələrlə vurğulayırdı. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.