Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasında tədbir keçirilib.
"Den.az" xəbər verir ki, Tədbir Azərbaycannın himninin balaca Heydərçilərin səsləndirməsi ilə başlayıb.
Sonra sözü gedən uşaq bağçasının müdiri Samirə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O, Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra söz Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Günay Rzayeva çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Dahi Lider daim uşaqlara qayğı və diqqət göstərib.Tədbirdə bağçanın körə fidanları Ulu Öndərə aid müxtəlif kompozisiyalar hazırlayıb, şeirlər səsləndiriblər.Tədbirin bədii hissəsində həm də balaca Heydərçilər Ulu Öndərə həsr edilmiş mahnılar oxuyublar.
Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.