Müstəqil Azərbaycan dövləti memarı və qurucusu dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Den.az xəbər verir ki, bu ifadələr Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasında körpə fidanlara sevə-sevə öyrədilir.
Sözü gedən uşaq bağçasından bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Bildirilib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.