Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə Azərbaycan xalqı öz xilaskarının, müasir müstəqil dövlətimizin memarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini sonsuz sevgi ilə anır, ulu öndərin Vətən və dövlət qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.
Bu sözləri Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində olan Xırdalan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fidan Tağızadə "Den.az"-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün uşaqlarımızın necə tərbiyə almalarından, hansı ideyalara meyillənmələrindən ölkəmizin gələcəyi çox asılıdır. Ona görə də uşaqlara xüsusi diqqət və qayğı hər zaman göstərilməlidir. Əminliklə demək olar ki, bu gün Azərbaycanda uşaqların problemləri dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır, onların həllinə ciddi nəzarət olunur. Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olub.
Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.