Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə şagirdlərə Heydər Əliyev irsi aşılanır.
Bu barədə "Den.az"-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunda fəaliyyət göstərən digər təhsil müəssisələri kimi, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə də təhsil verənlər şagirdlərə Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edirlər.
Qeyd edək ki, 2023-cü Heydər Əliyev ili çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.