HƏMAS hərəkatı Qırmızı Xaçın əməkdaşlarına iki israilli girovun cəsədini təhvil verib.
Denmedia.az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Ordusunun (CAXAL) Telegram kanalında yer alıb.
Bildirilir ki, Qırmızı Xaç nümayəndələri cəsədləri Qəzza zolağında İsrail hərbçilərinə təhvil verəcəklər. Daha sonra cəsədlər İsrailə gətiriləcək və şəxsiyyətin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza aparılacaq.
Xatırladaq ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrail və HƏMAS Vaşinqtonun təklif etdiyi planın ilk mərhələsinə razılaşıblar.
Plana əsasən, ilk mərhələdə israilli girovların azad edilməsi və bunun müqabilində fələstinli məhbusların buraxılması, eləcə də İsrail qüvvələrinin qismən çıxarılması nəzərdə tutulur.