Fələstin radikal hərəkatı HƏMAS bəyan edib ki, həyatda qalan israilli girovların azadlığı qarşılığında təxminən 2 min fələstinli məhbusun azad edilməsinə nail olmaq niyyətindədir. DenMedia.az xəbər verir ki, bu barədə The Times of Israel öz mənbələrinə istinadən yazıb.
Mənbələrin məlumatına görə, hazırda Qəzza zolağında 48 girov qalır, onlardan 20-si sağdır. Girovların azad edilməsi və İsrail ordusunun geri çəkilməsi danışıqların birinci mərhələsində nəzərdə tutulub.
Eyni zamanda, HƏMAS-ın tərksilah olunması və Qəzzanın müharibədən sonrakı idarəçiliyi ilə bağlı məsələlərin isə növbəti müzakirələr zamanı tam şəkildə həll ediləcəyi bildirilir.