DenMedia.az xəbər verir ki, “Galei Tsahal” radiostansiyasının məlumatına görə, Qəzza zolağında saxlanılan israilli girovların azad olunması 13 oktyabr, bazar ertəsi, saat 08:00-da başlayacaq.
“Qaçırılanların ailələrinə bildirilib ki, səhər saat 08:00-da girovların birinci mərhələdə iki fərqli nöqtədən azad edilməsi gözlənilir. Qısa müddət sonra üçüncü yerdə növbəti mərhələ baş tutacaq,” — deyə radiostansiya qeyd edib.
Əməliyyatın iki mərhələdə aparılacağı, hər iki mərhələnin humanitar və təhlükəsizlik qüvvələrinin koordinasiyasında həyata keçiriləcəyi bildirilir.