DenMedia.az xəbər verir ki, İsrail Nazirlər Kabineti Qəzza sektorunda saxlanılan bütün israillilərin azad edilməsinə yönəlmiş planı təsdiqləyib.
Bu razılaşma silahlı münaqişənin sülh yolu ilə tənzimlənməsinin birinci mərhələsi sayılır.
Baş nazir Binyamin Netanyahunun ofisi hökumət iclasından sonra qısa bəyanat yayıb.
Bəyanatda bildirilir:
“Hökumət bütün girovların – həm sağ, həm də həlak olanların azad edilməsi üzrə sazişi təsdiqlədi.”
Bundan əvvəl İsrail ordusu Qəzzada “Həmas” hərəkatının silahlı dəstəsinə zərbə endirdiyini açıqlamışdı.
Oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail və “Həmas” arasında ABŞ-ın sülh planının birinci mərhələsi üzrə razılığın əldə olunduğunu bəyan edib.
Bu mərhələ bütün girovların azad edilməsini və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutur.