ABŞ prezidenti Donald Trampın oğlu, biznesmen Donald Tramp – kiçik, atasının Ukraynaya dəstəyi dayandıra biləcəyini istisna etməyib. O, bunun səbəbi kimi Ukraynadakı korrupsiya problemini göstərib. DenMedia.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Dohadakı forumda çıxış edən Tramp–kiçik həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edib və bildirib ki, münaqişə fonunda Zelenski “demək olar ki, sol qüvvələr üçün ilahiləşdirilmiş fiqura” çevrilib, halbuki həmin qüvvələr onun administrasiyasındakı çatışmazlıqlara göz yumurlar.
“Düşünürəm ki, o (Tramp) bunu edə bilər,” — deyə o, atasının Ukraynadan üz çevirə biləcəyi barədə suala cavab verib.

