ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolayn Levittin fəaliyyətini özünəməxsus şəkildə qiymətləndirib.
Denmedia.az xəbər verir ki, o, Air Force One təyyarəsində jurnalistlərlə söhbətində Levitt haqqında zarafatla deyib:
“Bu üz... və o dodaqlar – onlar pulemyot kimi hərəkət edir, elə deyilmi?”
Tramp əlavə edib ki, Levitt öz işini əla görür və onun mediaya cavablarında “sürət və dəqiqlik” diqqət çəkir.
Hadisə HuffPost nəşrinin jurnalisti ilə Levitt arasında gərgin dialoqdan sonra baş verib. Jurnalist, Tramp və Putin arasında keçiriləcək Budapeşt görüşünün niyə məhz Macarıstan paytaxtında təşkil olunduğunu soruşub.
Levittin cavabı isə gözlənilməz olub:
“Sənin anan təklif edib,” – deyə mətbuat katibi jurnalistə istehzalı cavab verib.
Jurnalist daha sonra qeyd edib ki, Budapeştin seçilməsi simvolik məna daşıya bilər. Məhz burada 1994-cü ildə Budapeşt Memorandumu imzalanmışdı – həmin sənədə əsasən, Ukrayna SSRİ-dən miras qalan nüvə silahlarından imtina edib, əvəzində təhlükəsizlik zəmanətləri almışdı.