ABŞ prezidenti Donald Tramp Şükran Günü ilə bağlı canlı yayım zamanı sual verən jurnalisti açıq şəkildə təhqir edib. Xəbəri RIA Novosti yayıb.
Jurnalist Trampdan soruşub ki, nə üçün Vaşinqtonda iki Milli Qvardiya əməkdaşına atəş açmış, əfqan əsilli şübhəlinin 2021-ci ildə kifayət qədər yoxlanılmadan ölkəyə buraxıldığını iddia edir, halbuki ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bunun əksini deyir.
Tramp suala çox aqressiv reaksiya verib:
“Bu sualı verirsiniz, çünki siz sadəcə axmaq bir insansınız.”
O, cavabını daha da sərtləşdirib:
“Onları ölkəyə buraxdılar. Siz axmaqsınız? Siz axmaq bir insansınız? Onlar minlərlə başqaları ilə birlikdə təyyarə ilə gəldilər və onların heç biri burada olmamalı idi.”

