ABŞ Prezidenti Donald Tramp 10 oktyabr, cümə günü “Uolter Rid” Milli Hərbi-Tibbi Mərkəzini ziyarət edəcək.
DenMedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit məlumat verib.
Onun sözlərinə görə, dövlət başçısı tibbi müayinə zamanı hərbçilərlə də görüşəcək. Daha sonra Tramp Ağ Evə qayıdacaq, ardınca isə onun Yaxın Şərqə səfəri baş tuta bilər.
Xatırladaq ki, 2025-ci ildə Donald Tramp 79 yaşını qeyd edib. 7 oktyabrda Newsmax telekanalına müsahibəsində o bildirib ki, “özünü 30 il əvvələ nisbətən daha gümrah hiss edir”.
Lakin amerikalı jurnalist Seymur Herş Trampda idrak (koqnitiv) pozuntularının ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, prezident tez-tez eyni fikirləri təkrarlayır, özünü həddən artıq tərifləyir və böyük auditoriya qarşısında diqqətini cəmləməkdə çətinlik çəkir.