ABŞ prezidenti Donald Trampın jurnalistə “donuz” deməsini onun “mediada yayılan yalan xəbərlərdən dolayı əsəbiləşməsi” ilə izah edib.
DenMedia.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit C-Span portalında yayımlanan brifinqdə bildirib.
Onun sözlərinə görə, Tramp prezident heyətindəki bütün jurnalistlərlə çox açıq və səmimidir. Levit hesab edir ki, bu, onun yenidən seçilməsinin əsas səbəblərindən biridir — çünki Tramp yalan xəbərləri görəndə dərhal göstərir.
“Onu qəzəbləndirən odur ki, bəzi jurnalistlər ona və administrasiyaya dair yalan məlumatlar yayırlar”, — deyə Ağ Evin nümayəndəsi əlavə edib.
O həmçinin bildirib ki, Tramp açıq danışmaqda əvvəlki prezident Co Baydendən daha üstündür, çünki Bayden “yalan danışır və sonra yoxa çıxırdı”.

