Florida ştatının Mayami şəhərində Ukrayna və ABŞ nümayəndələrinin qapalı görüşü keçirilib. Bu barədə “Suspiľne”yə Ukrayna nümayəndə heyətindəki mənbələr məlumat verib. Nəşrin yazdığına görə, Kiyevi danışıqlarda Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.
ABŞ tərəfini isə, The New York Timesın məlumatına əsasən, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və hazırkı Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner təmsil edib.
Tərəflər müzakirələrin məzmununu açıqlamayıblar, lakin görüş iştirakçıların tərkibi və yüksək məxfilik səviyyəsinə görə diqqət çəkib.

