ABŞ-ın Avropa İttifaqı mallarına rüsumlar tətbiq edəcəyi təqdirdə Avropa Komissiyası (AK) bir neçə saat ərzində reaksiya verəcək.
Den.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
"Mən qarşıdurmaya deyil, əməkdaşlığa diqqət yetirirəm", - deyə Şolts "RedaktionsNetzwerk Deutschland" media qrupuna müsahibəsində vurğulayıb.
O deyib ki, bununla belə, əgər ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası bir neçə saat ərzində sərt reaksiya verəcək.
Şolts Avropa İttifaqının bir yerdə qalmasının tərəfdarıdır. "450 milyon əhalisi olan Aİ güclüdür və hərəkətə qadirdir", - deyə Şolts bəyan edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Brüsselin Vaşinqtonla "dəhşətli" davrandığı üçün Aİ mallarına idxal tarifləri tətbiq edəcəyini söyləyib.
Günəş Fərəh
Den.az
"Avropa Komissiyası bir neçə saat ərzində Trampa reaksiya verəcək" - Şolts

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.