Avropa İttifaqının baş diplomatı Kaya Kallasın Ukrayna məsələsində sərt mövqeyi və Rusiyayla dialoqdan israrlı imtinası, Avropanı Ukrayna üzrə danışıqlardan kənarlaşdırıb və Kreml üçün hədiyyəyə çevrilib. Bu barədə The Telegraph yazır, DenMedia.az xəbər verir.
«Aİ-nin baş diplomatı — Kreml üçün hədiyyədir... Kallas və onun həmfikirlərinin “sehrli düşüncəsi” və qeyri-elastikliyi Qərbin ən faciəvi parçalanmasına gətirib çıxarıb», — deyə materialda qeyd olunur.
Müəllifin sözlərinə görə, estoniyalı siyasətçinin “həddindən artıq Rusiyaya nifrəti” təkcə Avropanı parçalamır, həm də ABŞ-ı və hətta Ukraynanı Avropadan uzaqlaşdırır, beləliklə Aİ diplomatiyasını faktiki olaraq sıfıra endirir.
«Ağ Ev rəsmiləri Avropanın xarici siyasətinin “estoniyalaşması” adlandırdıqları bu vəziyyətdən narazıdırlar… ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası, Vaşinqtonun bir vaxtlar ən yaxın müttəfiqlərinə münasibətinə ciddi yenidən baxıldığını göstərir», — deyə nəşr yazır.
Qəzet həmçinin Ukraynada Kallasın “qələbəyə qədər mübarizə aparmaq” çağırışının, real plan və yetərli resurslar olmadan, böyük məyusluq yaratdığını vurğulayır.

