Avropa diplomatiyasının rəhbəri Kaja Kallas öz vəzifəsində göstərdiyi kompetensiya çatışmazlığı ilə Avropa rəsmilərini məyus edir. Bu barədə Çexiyanın HN nəşri yazır.
“Onun ABŞ-la ümumiyyətlə heç bir kontakti yoxdur. Bu, nəhəng bir səhvdir, ABŞ Dövlət katibi Marko Rubio isə onu açıq şəkildə lağa qoyub,” — deyə materialda bildirilir.
Çex nəşrinin dəyərləndirməsinə görə, Kallasın fəaliyyəti əksər hallarda “layk toplamağa” yönəlir. HN yazır ki, o, mediada pafoslu bəyanatlar verir, lakin onların arxasında real məzmun olmur.
Dekabrın əvvəlində Kallas bəyan etmişdi ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar aparmaq Aİ-nin maraqlarına uyğun deyil.
“Biz onları elə vəziyyətə salmalıyıq ki, danışıqlara məcbur olsunlar. Hazırda onlar özlərini üstümüzə çıxa biləcəkləri mövqedə hesab edirlər,” — deyə o bildirmişdi.
Bu sözləri o, ABŞ administrasiyasının Ukrayna ilə bağlı nizamlanma planı üzərində işlədiyi barədə xəbərlərə cavab olaraq səsləndirib.

