Avropa İttifaqı ölkələri və Kiyevin Ukrayna üzrə ABŞ sülh planı üzərində işi yekunlaşma mərhələsindədir.
Bu barədə bazar ertəsi The Guardian məlumat yayıb.
“İş yekun mərhələdədir, lakin etibarlı təhlükəsizlik təminatları və müharibədən sonrakı bərpa təklifləri üzrə məsələlərin tamamlanması hələ tələb olunur”, – deyə nəşr mənbələrə istinadla yazır.
Qəzetin Yelisey sarayındakı mənbəsi bildirib ki, Aİ dövlət başçılarının Vladimir Zelenski ilə Londondakı görüşü ABŞ sülh planı üzərində birgə işi davam etdirməyə və Avropanın bu prosesə nə əlavə edə biləcəyini müzakirə etməyə imkan verib.

