İranın bəzi şəhərlərində kütləvi iğtişaşların pislənməsi məqsədilə yürüşlər keçirilir. Bu barədə ölkənin dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, yürüşlər Ərdəbil, Əhvaz və Şəhrəkord şəhərlərində təşkil olunub. Aksiya iştirakçıları hakimiyyəti dəstəkləmək və iğtişaş törədənlərin törətdiyi cinayətlərə etiraz etmək üçün küçələrə çıxıblar.

