ABŞ-də güclü qar fırtınası nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.
Bu barədə çərşənbə günü NBC News telekanalı məlumat yayıb. Bir gün əvvəl ölənlərin sayının 34 nəfər olduğu bildirilirdi.
Ölkənin şərq və şimal-şərq bölgələrində ən azı 30 sm, Pittsburgh şəhərində isə 50 sm-dən çox qar yağıb. Şəhərdə fövqəladə vəziyyət elan olunub. Şiddətli şaxta səbəbindən Pittsburqda 37 qar təmizləyən texnika sıradan çıxıb.
PowerOutage.com saytının məlumatına görə, ABŞ üzrə təxminən 400 min ev təsərrüfatı hələ də elektrik enerjisiz qalıb. Ən ağır vəziyyət Tennessee və Mississippi ştatlarında müşahidə olunur.
Son məlumatlara əsasən, çərşənbə günü ABŞ hava limanlarında 670 reys ləğv edilib, təxminən 860 reys isə gecikdirilib.
National Weather Service xəbərdarlıq edir ki, anomall dərəcədə aşağı temperatur gələn həftə də davam edəcək.

