ABŞ-da şiddətli şaxtalar nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, Texasdan Nyu-Cersiyə qədər soyuqlardan zərər çəkmiş bölgələrdə ən azı 85 nəfər həyatını itirib. Ölüm hallarının təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarının payına düşür.
Bundan əlavə, ölkədə elektrik enerjisinin verilişində ciddi fasilələr davam edir.

