BMT qaydalara əsasən 2027-ci ildə xərclənməmiş 1,3 milyard dolları geri qaytarmalıdır, lakin bu vəsait təşkilatın ixtiyarında yoxdur.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.
Onun sözlərinə görə, söhbət vaxtında əldə olunmayan vəsaitlərə görə xərclənə bilməyən məbləğdən gedir və mövcud maliyyə boşluğunu heç bir halda sadəcə xərclərin gecikdirilməsi ilə bağlamaq mümkün deyil.
“Qaydalar tələb edir ki, 2027-ci ildə əldə olunmayan vəsaitlərə görə xərclənməmiş 1,3 milyard dollar geri qaytarılsın. Heç bir gecikmə bu çatışmazlığı aradan qaldıra bilməz”, – deyə Quterreş məktubunda qeyd edib.

