BMT-nin nümayəndəsi Yako Silliers bildirib ki, Qəzza sektorunun bərpası onilliklər çəkə və 70 milyard dollardan çox vəsait tələb edə bilər.
“Yalnız ilkin bərpa işləri üçün qarşıdakı üç ildə təxminən 20 milyard dollar lazım olacaq,” – deyə o, The Associated Press-ə açıqlamasında qeyd edib.
Mütəxəssislərin hesablamalarına görə, Qəzzada dağıntıların həcmi 55 milyon ton təşkil edir — bu isə 13 Misir ehramına bərabər miqdardır.