Herman Qaluşçenko fevralın 15-nə keçən gecə Ukrayna sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Bu barədə “Ukrainska Pravda” və “RBK-Ukrayna” nəşrləri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sabiq energetika naziri qatarla hərəkət edərkən saxlanılıb. “Ukrainska Pravda”nın mənbəsi bildirir ki, sərhəd xidmətinin əməkdaşları Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) sorğusu əsasında hərəkət edib. Məqsəd keçmiş nazirin sərhədi tərk etməyə cəhd etməsi ilə bağlı məlumat əldə etmək olub.

