ABŞ prezidenti Donald Tramp İranın yeni lideri ilə bağlı mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinə yaxşı münasibət göstərən lider olduğu halda Vaşinqton İranın yeni rəhbərliyini qəbul edə bilər.
Tramp CNN telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın məqsədi İranı mütləq şəkildə demokratik dövlətə çevirmək deyil.
“Bu, ədalətli və dürüst lider olmalıdır. O, işinin öhdəsindən yaxşı gələcək və ABŞ-a, İsrailə, həmçinin Yaxın Şərqdəki digər tərəfdaşlarımıza yaxşı münasibət göstərəcək”, — deyə Donald Tramp qeyd edib.

