ABŞ prezidenti Donald Tramp Müctaba Xameneinin İranın yeni ali lideri təyin olunmasına “görək nə olacaq” sözləri ilə münasibət bildirib. Ağ Ev rəhbəri bu qərarı The Times of Israel qəzetinə verdiyi müsahibədə şərh edib.
Dövlət başçısı Yaxın Şərqdəki münaqişənin nə vaxt başa çata biləcəyi barədə də danışıb. Trampın sözlərinə görə, hərbi əməliyyatın dayandırılması ilə bağlı qərarı İsrailin baş naziri Benjamin Netanyahu ilə birlikdə verəcək.

