Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın iki ballistik raketini ölkənin hava məkanında məhv edib. Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, raketlər Şahzadə Sultan adına hərbi aviabazaya zərbə endirməyi planlaşdırırdı. “Şahzadə Sultan aviabazasını hədəfə almalı olan iki ballistik raket zərərsizləşdirilib”, — deyə açıqlamada qeyd olunub. Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla İranın bir sıra iri şəhərləri hədəfə alınıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müxtəlif ölkələrdəki hədəflərə hücum etdiyini bildirib. Məlumata görə, İsrail ərazisi ilə yanaşı ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hədəf alınıb.
Səudiyyə Ərəbistanı İranın iki ballistik raketini vurdu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

