İsrail Tehrana qarşı yeni genişmiqyaslı zərbələrə başladı.
İsrail ordusunun (TsAXAL) mətbuat xidməti İrana qarşı yeni zərbələr seriyasının başladığını açıqlayıb. Bildirilib ki, Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə genişmiqyaslı hücumlar həyata keçirir.
Hərbi qurum hücumların dəqiq hədəfləri və zərbələrin xarakteri barədə məlumat açıqlamayıb.
Hadisə ilə bağlı Tehran hələlik rəsmi açıqlama verməyib.

