İspaniyanın Seuta şəhərində baş verən miqrasiya insidentindən təxminən bir həftə sonra itkin düşən mərakeşlilərin sayı 57 nəfərə yüksəlib.
The Maghreb Times yazır ki, ilkin siyahıda qadınlar və uşaqlar da daxil olmaqla 43 nəfərin adı yer alırdı. Daha sonra üç gəncin geri qayıdanlar arasında qohumları tərəfindən tapılmasından sonra siyahı yenilənib. Bununla yanaşı, daha 17 nəfərlə bağlı yeni itkin müraciəti daxil olub.
Mərakeş hakimiyyəti bu rəqəmin daha da arta biləcəyini istisna etmir.
Rəsmilər ailələri yaxınlarının axtarışı zamanı yalnız sosial şəbəkələrə güvənməməyə, rəsmi müraciət və axtarış kanallarından istifadə etməyə çağırıblar.

