Daşkəsəndə itkin düşən şəxsin dərədən meyti tapılıb
Denmedia.az xəbər verir ki, rayon Qabaqtəpə kənd sakini, 1952-ci il təvəllüdlü Əli Məhərrəm oğlu Kərimov aprelin 4-də evdən çıxıb və sonra ondan xəbər alınmayıb.
Məsələ ilə bağlı yaxınlarının Daşkəsən rayon Polis Şöbəsinə etdiyi müraciəti əsasında axtarış tədbirləri aparılıb və onun meyti meşəlik ərazisində olan dərədən tapılıb.
Üzərində zorakılıq əlamətləri olmayan meyit aidiyyəti üzrə təhvil verilib.
Ə.Kərimovun infarkt keçirərək vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

