Uqandanın qərbində yerləşən ənənəvi Toro Krallığının hökmdarı Oyo Nyimba Kabamba İguru Rukidi IV 34 yaşında vəfat edib.
Bu barədə krallığın baş naziri Kalvin Armstronq Rvomire Akiiki məlumat verib.
“Dərin hüznlə bildirirəm ki, Toro Omukaması, Əlahəzrət Kral Oyo Nyimba Kabamba İguru Rukidi IV 27 avqust 2026-cı il, cümə axşamı saat 22:00 radələrində vəfat edib”, – açıqlamada qeyd olunub.
Oyo 16 aprel 1992-ci ildə anadan olub. O, atası Patrik Devid Metyu Kaboyo Olimi III-ün ölümündən sonra 12 sentyabr 1995-ci ildə, cəmi 3 yaşında taxta çıxıb.

Həmin vaxt Oyo dünyanın ən gənc fəaliyyətdə olan monarxı hesab edilirdi. Yetkinlik yaşına çatana qədər krallığın idarə olunmasında ona regent şurası kömək edib.
Oyo Nyimba təxminən 31 il taxtda qalıb və Uqandanın ən tanınmış ənənəvi hökmdarlarından biri sayılıb.
Krallıq rəsmiləri onun varisinin olduğunu, lakin adının daha sonra açıqlanacağını bildiriblər.

